Binəqədidə yaşayış binasında yanğın

Binəqədidə yaşayış binasında yanğın

Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, hadisə nəticəsində binanın 12-ci mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan 3 otaqlı mənzilin bir otağı əşyaları ilə birlikdə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə