Şəmkirdə oğul anasını bıçaqlayıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Posanlı kəndində baş verib. 26 yaşlı Bəhruz Mirzəyev 44 yaşlı Nəzakət Cavadovanı bıçaqlayıb. Qadın bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası və kəllə-beyin travması xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan qadının vəziyyəti ağırdır.
Qeyd edək ki, faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Müəllif: İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB