Goranboy sakini göldə batdı

Goranboyun Alpout kəndində bədbəxt hadisə qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayon sakini Vaqif Məmmədov göldə çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon Şöbəsinə gətirilib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Müəllif:İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə