Oğurluq edən şəxs tutulub

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vasif Hacıyev tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin oktyabrından cari ilin aprelinədək olan müddətdə rayon ərazisində 8 avtomobildən pul, mobil telefon, ətir və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Hacıyev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə