Hacıqabulda dəhşətli qəza ana və iki oğlu öldü

Hacıqabulda dəhşətli qəza ana və iki oğlu öldü

İyunun 7-də saat 2 radələrində Hacıqabul şəhərində Ucar rayon sakini Habil Abdullayev idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nəticədə sürücü və sərnişinlərindən anası Gülzar, qardaşı Samir hadisə yerində ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə