Göygöldə qaz balonunun partlaması nəticəsində bir nəfər xəsarət alıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Qızılca kənd sakini 29 yaşlı Marifə Nəbiyeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hazırda yaralının vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, hadisəyə səbəb qaz balonunda qeydə alınan qazın sızması olub.
Faktla bağlı araşdırmalar davam edir.
Müəllif: İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB