Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1 ünvanında, məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb. SİA-nın məlumatına görə, yanğın binanın 3, 4 və 5-ci mərtəbələrini əhatə edir.
Binanın bir bloku tamam yanıb. Yanğın yerinə dörd yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib.
Hadisə nəticəsində xəsarət alan yoxdur. Yataqxanada yaşayan insanlar təxliyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB