Qırğızıstanda saxlanılan soydaşımız azadlığa buraxılıb

Qırğızıstanda saxlanılan soydaşımız azadlığa buraxılıb
Bir neçə ay əvvəl Qırğızıstandakı hadisələr zamanı Bişkekdə həbs olunan azərbaycanlı Vüqar Xəlilova məhkəmədə bəraət verilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bəraət verildikdən sonra o, azadlığa buraxılıb.

Azərbaycanlı iş adamı Vüqar Xəlilov Böyük Britaniya vətəndaşı, "Flexi Communications" piar şirkətinin təsisçisi və rəhbəridir. O, aprelin 12-də Bişkekdə həbs olunub və aprelin 14-də ona qarşı qanunsuz yolla əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması ittihamı irəli sürülüb. V.Xəlilovun yaratdığı "Flexi Communications" piar agentliyi Qırğızıstan və digər Orta Asiya ölkələrində korporativ-maliyyə kommunikasiyaları, marketinq, veb-dizayn və müxtəlif tədbirlərin keçirilməsi sahəsində yerli və xarici şirkətlərə xidmət göstərib, həmçinin Kurmanbek Bakiyevin internet səhifəsini hazırlayıb. O, eyni zamanda 20 ildən çox "Azadlıq" radiosunda və BBC-də çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə