Gəncədə soyğunçuluqda təqsirli bilinən şəxs həbs olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-dən mayın 11-dək olan müddətdə Gəncədə şəhər sakini olan 2 qadının mobil telefonunu, habelə 1 köşkdən və 1 avtomobildən mobil telefon və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini Süleyman Bağırov tutulub.
İlkin dindirilmə zamanı o, irəli sürülən ittihamları qəbul edib.
Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb.
Müəllif:İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB