Quba şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyunun 5-də saat 13 radələrində Quba şəhərində rayon sakini Araz Bədəlov idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən həmyerlisi Füzuli Çərkəzovun idarə etdiyi “VAZ-2170” markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilən F.Çərkəzov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB