Azyaşlı kanala düşdü

Saatlı rayonunda azyaşlı kanala düşüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Baş Muğan kanalının Saatlı rayonu, Qaralar kəndi ərazisindən keçən hissəsində 1 azyaşlının suya düşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın axtarış qrupu hadisə yerinə cəlb olunub. Axtarışlar davam etdirilir, əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə