Goranboy sakini özünü Gəncədə bıçaqlayıb

Goranboy sakini özünü Gəncədə bıçaqlayıb

Goranboy sakini özünü Gəncədə bıçaqlayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Goranboy rayonu, Faxralı kənd sakini, 1990-cı il təvəllüdlü Abdullayev Royal Lülqədər qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, sərxoş vəziyyətdə olan R.Abdullayev özü-özünü bıçaqlayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə