Gəncə şəhər sakini saxta diplom blankları satarkən tutulub

Gəncə şəhər sakini saxta diplom blankları satarkən tutulub

Gəncə şəhər sakini Nəbi Yuifov ali təhsil müəssisələrindən birinin saxta diplom blanklarını satarkən tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Nəbi Yuifov paytaxtın Yasamal rayonu ərazisində iki nəfərin adına olan ali təhsil müəssisələrindən birinin saxta diplom blanklarının hər birini 5.000 manata satarkən tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə