Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların da 34-ü “isti izlər”lə açılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB