Hərbi sursat aşkar edilərək, götürülüb

Hərbi sursat aşkar edilərək, götürülüb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən iyunun 1-də Cocuq Mərcanlı kəndi ərazisində 1 201 ədəd qəlpə, 1 ədəd partlamamış hərbi sursat (PHS) (PQ-7VL raketi) və 2 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA-dan SİA-ya bildirilib ki, 17 413 kvadratmetr ərazi tam təmizlənib, 18 300 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizlənilməsi üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə