Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin yaşadığı mənzilin eyvanından özünü ataraq intihara cəhd etməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, hadisə yerinə gələn xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs 3-cü mərtəbədəki mənzilin eyvanından özünü ataraq intihar etmək istəyini nümayiş etdirir. Xilasedicilər həmin vətəndaşa kənar psixoloji təsirlərin qarşısını almaq məqsədilə hadisə yerinə toplaşmış insanları ərazidən uzaqlaşdırılıb və həmin mənzilin giriş qapısını bayır tərəfdən açaraq mənzilə daxil olublar.
Xilasedicilər tərəfindən intihara cəhd nümayiş etdirən vətəndaşla psixoloji kontakt yaradılmış və gərgin psixoloji vəziyyətdə olan həmin şəxsin intihar cəhdinin qarşısı alınıb. Xilas olunan şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB