Nadir Əzməmmədov: “Yük qatarında baş verən partlayış nəticəsində yolda qalan sərnişinlər getdikləri yerə digər qatarla çatdırılacaqlar”
Dağıstan ərazisindəki Qızlar-Qarabağlı dəmiryolundakı yük qatarında baş verən partlayış nəticəsində yolda qalan sərnişinlər mənzil başına digər qatarlarla çatdırılacaqlar. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, Dağıstan ərazisində dəmir yolunda baş vermiş partlayış nəticəsində Bakı-Moskva və Sankt-Peterburq-Bakı sərnişin qatarlarının hərəkəti dayandırılıb. Belə ki, Bakıdan Moskvaya hərəkət edən qatar "Kizlyar" stansiyasında, Sankt-Peterburqdan Bakıya hərəkət edən qatar isə "Artezian" stansiyasında dayanıb. N. Əzməmmədovun bildirib ki, hazırda hər iki qatarın sərnişinləri avtobuslar vasitəsilə yerlərini dəyişir ki, nəticədə sərnişinlər getdiyi mənzil başlarına digər qatarla çatdırılacaq.
Qeyd edək ki, bu gün saat 12:30 radələrində Dağıstan ərazisindəki Qızlar-Qarabağlı dəmiryolundakı yük qatarında baş verən partlayış nəticəsində dəmir yolu ilə hərəkət edən yük qatarının 5 vaqonu relsdən çıxıb. Onlardan ikisi sərnişin qatarıdır. İlkin məlumata görə, ölən və yaralanan yoxdur. Xatırladaq ki, yük qatarı Həştərxandan Azərbaycana taxıl aparırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB