Lerik rayonu ərazisində törədilən cinayətin üstü açılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 4-də saat 11.15 radələrində Lerik rayonunun Mistan kəndində, kənd sakini Natiq Əliyevə məxsus "UAZ-469" markalı avtomaşın dərəyə aşmış vəziyyətdə tapılıb. Özünün isə üzərində zorakılıq əlamətləri olan meyiti avtomaşının yaxınlığında aşkar edilıb.
Lerik RPŞ və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində N.Əliyevin Bakı şəhər sakini İdrak Vahabov tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib. Lerik ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İdrak Vahabov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB