Paytaxtda baş verən ağır yol qəzasında 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb
Bakıda sərnişin mikroavtobusu minik maşını ilə toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Vaqif Məmmədovun idarə etdiyi "Ford" markalı avtomobil, Ələt qəsəbə sakini 19 yaşlı Anar Əzizovun idarə etdiyi "VAZ-2107" markalı maşınla toqquşub. Nəticədə A. Əzizov və sərnişini Valeh Qarayev hadisə yerində dünyasını dəyişiblər.
"Ford"un sürücüsü və hər iki avtomobildə olan sərnişinlər 18 yaşlı Əziz Əzizov, 23 yaşlı Elgün Mustafayev, Kiçikxanım Bünyadova, Zərifə İsmayılova, Pərviz Hümbətov, Rəna Xudaverdiyeva, Eldar Cabbarov və Samirə Zamanova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB