İnterpol xətti ilə axtarışda olan 2 nəfər tutulub

Beynəlxal axtarışda olan iki Azərbaycan vətəndaşı həbs olunub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi (Mənimsəmə və ya israf etmə) ilə axtarışda olan Rafəddin Əsgərov Ukrayna Respublikasında, Çingiz Vəkilov isə Sankt-Peterburq şəhərində tutulub. Hər iki şəxsin respublikamıza estradisiyası üçün tədbirlər görülür.

 

Bundan əlavə, Bakı şəhər sakini Oqtay Cəfərov DİN Baş Dövlət Yol Polisi İdarəsində nəqliyyat vasitəsini öz adına qeydiyyata aldırarkən onun Suraxanı RPİ tərəfindən dövlətə borclu qismində axtarışda olması müəyyən edilib. O.Cəfərov BDYPİ əməkdaşları tərəfindən saxlanılmış və sonrakı araşdırmalar aparılması üçün Suraxanı RPİ-nə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...