Qəbələ rayonunda bədbəxt hadisə baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən veridiyi xəbərə görə, Qəbələ rayonu, Durca kəndində 2 nəfərin dərəyə düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, Durca kəndi ərazisində yerləşən şəlalənin 30-40 metr hündürlüyündən dərəyə düşmüş 1971-ci il təvəllüdlü Əliyev Emin Ramiz oğlu və 1976-cı il təvəllüdlü Əliyeva Şəhla Qərib qızı heç bir çağırışa cavab vermirlər.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə dərəyə enmiş və həmin şəxslərin vəfat etdiklərini müəyyən ediblər, daha sonra cəsədlər xüsusi texnika vasitəsilə dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:30-da başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB