Tovuz rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindın SİA-ya verilən məlumata görə, Tovuz rayonu ərazisində, Bakı şəhər sakini Tofiq Qasımov "Toyota" markalı avtomaşını idarə edərkən onu, qarşıda gələn Düzqırıxlı kənd sakini Akif Rzayevin idarə etdiyi "VAZ-21074" markalı avtomaşına vurub. Qəza nəticədə T.Qasımovun xəsarət almış sərnişinləri Xatınlı kənd sakinləri Arif Əmrahov və Hüseynova Gülnarə xəstəxanaya yerləşdiriliblər.
Tibbi müdaxiləyə baxmayaraq A.Əmrahovun həyatını xilas etmək mümkün olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB