Yol-nəqliyyat hadisəsini törədən şəxs saxlanılıb

Yol-nəqliyyat hadisəsini törədən şəxs saxlanılıb

Yol-nəqliyyat hadisəsini törədib hadisə yerini tərk etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Cövdət Kərimov saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 25-də şəhər sakini Fərman Şəfiyevin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsini törədib hadisə yerini tərk etməkdə şübhəli bilinən "Opel" markalı avtomobilin sürücüsü, həmyerlisi Cövdət Kərimov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə