Bakıda fəhləni elektrik cərəyanı vurub

Bakıda fəhləni elektrik cərəyanı vurub

Bakıda fəhlə elektrik cərəyanı vurması nəticəsində ölüb.

SİA xəbər verir ki, hadisə paytaxtın Sabuncu rayonu, Məhəmmədi qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə yarımtikililərdən birində fəhlə çalışan Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Vüsal Əliyevi elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə