Bakıda kafe yandı

Bakıda kafe yanıb.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 45 m2 sahədə yanıb, yüksək temperaturdan kafenin lambirdən ibarət tavanı əriyib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə