“PSM” markalı tapança aşkar edilərək götürülüb

“PSM” markalı tapança aşkar edilərək götürülüb

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. SİA-nın verdiyi məlumata görə, 30.05.2017-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin, Bakı İstintaq təcridxanasının və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Hacıqabul şəhər qəbiristanlığında torpağa basdırılmış 1 ədəd "PSM" markalı tapança aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə