İmişlidə 5 otaqlı ev yanıb

İmişli rayonu, Yalavac kəndində vətəndaşa məxsus ümumi sahəsi 142 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 75 kvadratmetr sahədə yanıb.

SİA FHN-nin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə