Bakı-Qazax yolunda piyadanı avtomobil vurub

Bakı-Qazax yolunda piyadanı avtomobil vurub

Dünən Bakı-Qazax yolunda piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun 313-cü kilometrliyində, Goranboy rayonu ərazisində rayon sakini, 1995-ci il təvəllüdlü Elvin Ələşov idarə etdiyi "Mercedes" markalı avtomobillə 1990-cı il təvəllüdlü Vüsal Əliyevi vurub. Xəsarət alan şəxs Goranboy Mərkəzi Rayon Xəstəxanasına, oradan Gəncədə olan tibb ocaqlarının birinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə