Yardımlıda iki avtomobil toqquşub

Yardımlıda iki avtomobil toqquşub

Yardımlıda iki avtomobil toqquşub, nəticədə bir nəfər xəsarət alıb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə dünən Masallı-Yardımlı yolunda, Yardımlı şəlaləsinin yaxınlığında baş verib. "Mercedes" markalı minik avtomobil qarşıdan gələn "Ford" markalı yük avtomobil ilə toqquşub. Nəticədə Masallı rayonunun Yeddioymaq kənd sakini, 1988-ci il təvəllüdlü Nemət Meydan oğlu Nağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Masallı rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə