Paytaxt sakini tutulub

Suraxanı rayonu ərazisində taksi sürücünü bıçaqla hədələyərək pulunu alan Rauf Əlili tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mayın 24-də Binəqədi rayonu 9-cu mikrorayon ərazisində naməlum şəxsin Bakı şəhər sakini Qabil Rəhimovun idarə etdiyi "NazLifan" markalı avtomobilə sərnişin qismində oturaraq Əmircan qəsəbəsinə gedəcəyini bildirməsi, qəsəbə ərazisində isə həmin şəxsin sürücünü bıçaqla hədələyərək ondan 53 manat pul alaraq hadisə yerini tərk etməsi barədə Suraxanı RPİ 31-ci PB-yə məlumat daxil olub.

31-ci PB əməkdaşları tərəfindən dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rauf Əlili tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə