Gömrük orqanlarının fəaliyyət istiqamətlərindən biri də ölkəyə idxal edilən ərzaq məhsullarının və dərman preparatlarının keyfiyyətinə nəzarət etməkdən ibarətdir. SİA-nın verdiyi məlumata görə, bu istiqamətdə əlaqədar dövlət qurumları ilə aparılan işgüzar əməkdaşlıq nəzarət tədbirlərinin də effektivliyini artırıb.
Bakı Baş Gömrük İdarəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər çərçivəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən nümunələri üzərində aparılan analizlərin nəticələri müvafiq tələblərə cavab verməyən, qablaşdırılmasında uyğunsuzluqlara yol verilən və Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmayan dərman preparatları müəyyən edilərək dövriyyədən çıxarılıb.
Rusiya Federasiyası, Ukrayna Respublikası və Avropa ölkələrindən "Referans pharmaceuticals", "Radez", "Si Medical", "Zeytun Pharmaceuticals", "Qırxbulaq", "Eco B Tam Xarici İnvestisiyalı", "Trokas pharma və digər firmalar tərəfindən müxtəlif vaxtlarda idxal edilən 6024975,73 rubl, 15339 avro, 92233,60 ABŞ dolları və 448 türk lirəsi dəyərindəki dərman vasitələri Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda yandırılaraq məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB