Ağdam rayon sakini saxlanılıb

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Nofəl İbrahimov saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aprelin 30-da Bərdə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Zabil Məmmədov vurulub və o, hadisə yerində ölüb. Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Ford" markalı avtomobillə törədilməsi müəyyən edilib və avtomobili həmin vaxt idarə etməkdə şübhəli bilinən Ağdam rayon sakini Nofəl İbrahimov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə