Hökməlidə yol-nəqliyyat hadisəsi baş verib

Hökməlidə yol-nəqliyyat hadisəsi baş verib

Abşeron rayonunun Hökməli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mayın 23-də saat 22 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində hələlik müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Famil Kərimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə