Dövlətqaçqınkom dələduzluqla bağlı məlumat yaydı

Dövlətqaçqınkom dələduzluqla bağlı məlumat yaydı

Dövlətqaçqınkom dələduzluqla bağlı məlumat yayıb. SİA-nın verdiyi məlumata görə, Bakı şəhər sakini Gülnarə Muxtarovanın bir qurup məcburi köçkünlərə qarşı dələduzluq əməlləri ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi ilə bağlı müxtəlif kütləvi informasiya vasitələrində gedən xəbərlərdə adı çəkilən şəxsin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon sektorunda dövlət idarələri və ictimai xidmət işçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri işlədiyi qeyd edilib.

Bildiririk ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda heç bir vaxt Gülnarə Müxtarova adlı şəxs işləməmiş və ümumiyyətlə Komitənin strukturunda belə bir vəzifə mövcud olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə