Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 600 kvadratmetr olan, birmərtəbəli 8 mənzildən ibarət yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 125 kvadratmetr olan 4 otaqlı mənzilin taxta konstruksiyalardan ibarət 3 otağı və içərisindəki əşyalar 100 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB