Sumqayıtda 4 otaqlı ev yanıb

Dünən Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində ümumi sahəi 600 m2 olan, birmərtəbəli 8 mənzildən ibarət yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 125 m2 olan 4 otaqlı mənzilin taxta konstruksiyalardan ibarət 3 otağı və içərisindəki əşyalar 100 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə