Füzulidə bədbəxt hadisə baş verib

Füzulidə bədbəxt hadisə baş verib

Mayın 21-də saat 18 radələrində Füzuli rayonunun Alxanlı kəndi ərazisində kənd sakini Babək Qurbanov idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, nəticədə sürücü və həmkəndliləri olan sərnişinləri - Taciəddin Qurbanov, Loğman Qurbanov və Zamiq Məmmədov xəstəxanaya yerləşdiriliblər, T.Qurbanov orada ölüb.

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə