Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonu, Quşçu kəndi ərazisində "Qazel" markalı yük avtomobilinin "VAZ" markalı minik avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində körpüdən çaya düşən, müxtəlif bədən xəsarəti almış iki nəfər sürücünü və 1949-cu il təvəllüdlü Bəxtiyar Salman oğlu Uğurluyevin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:49-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə