Minik avtomobili yanıb
İmişli rayonu, Telişli kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin salonu və mühərrikində elektrik avadanlıqları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə