Gəncə sakini bıçaqlanıb

Gəncədə bıçaqlanma faktı qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 26 yaşlı Ruslan Qurbanov bıçaqlanıb.

Hacıkənd qəsəbə sakini döş qəfəsindən aldığı bıçaq yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) reanimasiya şöbəsinə yerləşdirilib. Əməliyyat olunan Ruslan Qurbanovun səhərini həkimlər ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə