Quldurluq törətməkdə şübhəli bilinən paytaxt sakini Cahangir Şükürlü tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aprelin 26-da Bakı şəhər sakini Rafiq Məmmədov Nizami RPİ 24-cü Polis Bölməsinə müraciət edərək aprelin 25-də evinə gələn Cahangir adlı tanışının onu döyməsini və bıçaqla hədələyərək 160 manat pulunu, mobil telefon və sənədləri olan gödəkçəsini aparmasını bildirib.
Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cahangir Şükürlü müəyyən edilərək tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB