Şəhər sakini başından bıçaqlandı

Şəhər sakini başından bıçaqlandı

Gəncə şəhər sakini 1966-cı il təvəllüdlü Novruz Məmmədov bıçaqlanıb. O, başının arxa hissəsindən bıçaq xəsarəti alıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, onun vəziyyəti orta ağırdır.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə