Gəncə sakini döyüldü

Gəncədə döyülmə faktı qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 41 yaşlı Tural Mehdiyev bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (GTTYX) gətirilib. Həkimlər Tural Mehdiyevin vəziyyətini orta-ağır qiymətləndirir.

İlkin məlumatlara görə, T.Mehdiyev tanıdığı şəxs tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə