“Bakcell”in avtomobili qəza törədib

“Bakcell”in avtomobili qəza törədib

Zaqatala rayonu ərazisində "Baksell Ltd" MMC-yə məxsus "NİSSAN" markalı minik avtomobili idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılaraq yol-qəza hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, sıxılmış vəziyyətdə qalan sərnişini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:20-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə