Ağstafa sakinini it dişləyib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xətai kənd sakini 2008-ci il təvəllüdlü Qədimov İsmayıl Həşim oğlu yolda gedərkən it onun sol arxa tərəfindən dişləyib. O dərhal rayon mərkəzi xəstəxanaya yerləşdirilib və ona quduzluq əleyhinə vaksin vurulub. İ. Qədimovun vəziyyətinin normal olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB