Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mayın 14-də saat 17 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində yolu keçən Şabran rayon sakini Nizami Rəsulov müəyyən edilməmiş avtomobillə vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində hadisənin "VAZ-2107" markalı avtomobillə törədildiyi müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili idarə edən mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB