Tovuzda bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Samir Hidayət oğlu qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Hüseynov kənd ərazisində tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB