Bakıda yanğın hadisəsi baş verib. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın tam söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB