Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib

Bərdə şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mayın 10-da saat 1 radələrində Bərdə şəhərində Kürdəmir rayon sakini Sergey Pənahov idarə etdiyi "KAMaz" markalı avtomobillə yolu keçən şəhər sakini Şahin Əliyarovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə