Gədəbəydə piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə dünən rayonun Qoşabulaq kəndində qeydə alınıb. Heyvanlarını dağa aparan kənd sakini, 1962-ci il təvəllüdlü Mərdan Rəcəbovu avtomobil vurub. O sağ bud sümüyünün sınığı xəsarəti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB